Estetik və rekonstruktiv əməliyyatlar
Burun və üz estetikasından əl cərrahiyyəsinə qədər məşğul olduğum bütün istiqamətlər. Hər səhifədə əməliyyatın nə olduğunu, kimə uyğun gəldiyini, necə keçdiyini və sağalmanın necə getdiyini sadə dillə izah etmişəm.
Sizi narahat edən nədir?
Əməliyyatın adını bilməyiniz vacib deyil. Şikayətinizi seçin, sizə uyğun səhifəni göstərim.
Üz və boyun
- Donqar burun
- Burun əyriliyi
- İri burun
- Sallanmış burun ucu
- Yuxarı göz qapağının sallanması
- Gözaltı torbacıqlar
- Göz qapaqlarının piy yırtıqları
- Asiya tipli göz yarıqları
- Qaşların sallanması
- Üz qırışları
- Buxaq
- İçəri batmış yanaqlar
- Kiçik çənə
- Gözətrafı qırışlar
- Göz altındakı qaralma
- Şəlpə (çömçə) qulaq
- İri qulaqlar
- Cırılmış sırğalıq
Döş
Bədən
Rinoplastika (burun estetikası)
Donqar, əyri və ya iri burnun üzə uyğun düzəldilməsi və nəfəsin açılması.
Blefaroplastika (göz qapağı estetikası)
Sallanmış üst qapağın, gözaltı torbacıqların və göz ptozunun cərrahi müalicəsi.
Liposaksiya
Qarın, bel, qol, bud və buxaqdakı lokal piyin çıxarılması və bədən şəkilləndirmə.
Abdominoplastika (qarın gərmə)
Sallanmış qarın dərisinin götürülməsi və aralanmış əzələlərin bərpası.
Jinekomastiya
Kişilərdə böyümüş süd vəzi toxumasının cərrahi müalicəsi.
Döş böyütmə
Silikon implantla və ya öz piy toxumanızla döşün həcminin artırılması.
Döş kiçiltmə və dikləşdirmə
İri döşlərin kiçildilməsi və sallanmış döşün qaldırılması.
Döş bərpası və asimmetriya
Mastektomiyadan sonra bərpa, asimmetriya, tubulyar döş və implant fəsadları.
Üz və boyun gərmə
Sallanmış yanaq, çənə xətti və boynun SMAS və dərin plan üsulları ilə qaldırılması.
Qaş və alın qaldırma
Sallanmış qaşların endoskopik üsulla, görünən çapıqsız qaldırılması.
Üz konturu və dodaq estetikası
Üz lipofillinqi, yanaq və çənə plastikası, dodaq qaldırma və buxağın yığılması.
Otoplastika (qulaq estetikası)
Şəlpə qulağın düzəldilməsi, sırğalıq və qulaq seyvanının bərpası.
Qol, bud və bədən gərmə
Arıqlamadan sonra qalan artıq dərinin qol, bud və beldən götürülməsi.
Omba və ayaq estetikası
Ombanın piy köçürülməsi və ya implantla böyüdülməsi, bud və baldır konturu.
İntim plastika
Labioplastika və vaginoplastika: narahatlıq yaradan forma dəyişikliklərinin düzəldilməsi.
Əl cərrahiyyəsi
Vətər, sinir və damar zədələrinin, şaqqıldayan barmağın müalicəsi.
Rekonstruktiv cərrahiyyə və yanıq
Yanıq, travma və şişdən sonra dəri köçürmə, flep və mikrocərrahiyyə ilə bərpa.
Anadangəlmə qüsurlar
Dovşandodaqlıq, qurdağızlıq, bitişik və artıq barmaqların cərrahi müalicəsi.
Botoks, dolğu və mezoterapiya
Qırışlar, həcm itkisi və dəri keyfiyyəti üçün əməliyyatsız prosedurlar.
Konsultasiya
Bu əməliyyatın sizə uyğun olub-olmadığını müayinədən sonra birlikdə müəyyən edirik.
Konsultasiyadan nəzarətə qədər dörd addım
Əməliyyat yalnız bir gündür. Ondan əvvəlki hazırlıq və sonrakı nəzarət nəticə üçün eyni dərəcədə vacibdir.
Konsultasiya
Şikayətinizi və gözləntinizi dinləyirəm, müayinə edirəm, sizə uyğun üsulu və onun imkanlarını izah edirəm.
Hazırlıq
Analizləri və lazım olan müayinələri təyin edirəm, anestezioloq sizi müayinə edir, planı birlikdə yekunlaşdırırıq.
Əməliyyat
Əməliyyatı klinikanın əməliyyat blokunda, anestezioloq və tibb heyəti ilə birlikdə aparıram.
Nəzarət
Sağalmanı planlı görüşlərlə izləyirəm, tikişləri götürürəm, suallarınızı cavablandırıram.