Əsas məzmuna keç
Dr. Bəxtiyar Qasımov
Bütün əməliyyatlar

Jinekomastiya

Kişilərdə böyümüş süd vəzi toxumasının cərrahi müalicəsi.

Jinekomastiya (ginekomastiya) kişilərdə süd vəzi toxumasının böyüməsidir. Çox yayılmış haldır və geyimdə, idmanda, çimərlikdə narahatlıq yaradır. Əməliyyat sinəyə düz, kişi konturu qaytarır.

Əməliyyatdan əvvəl

  • Böyümənin səbəbi araşdırılır: hormonal dəyişikliklər, dərmanlar, artıq çəki
  • Lazım olduqda endokrinoloq müayinəsi və ultrasəs təyin edilir
  • Vəzi və piy toxumasının nisbəti qiymətləndirilir, üsul buna görə seçilir

Əməliyyat necə keçir

Vəzi toxuması məmə ucu ətrafındakı kiçik kəsikdən çıxarılır, piy toxuması liposaksiya ilə azaldılır. Çox vaxt hər iki üsul birlikdə tətbiq olunur. Əməliyyat bir-iki saat çəkir.

Sağalma dövrü

  • Sıxıcı jilet dörd-altı həftə geyinilir
  • Ofis işinə bir həftə ərzində qayıtmaq olur
  • İdmana, xüsusən sinə məşqlərinə dörd-altı həftədən sonra başlanılır

Sizə əlverişli əlaqə üsulunu seçin

Digər bölmələr

Haqqımda
Texnologiyalar
Elanlar