Əsas məzmuna keç
Dr. Bəxtiyar Qasımov
Bütün əməliyyatlar

Omba və ayaq estetikası

Ombanın piy köçürülməsi və ya implantla böyüdülməsi, bud və baldır konturu.

Qluteoplastika, yəni omba (sağrı) estetikası, ombanın həcmini və formasını düzəldir. Eyni yanaşma ilə bud və baldır konturu da tarazlanır.

Hansı problemləri həll edir

  • Kiçik ölçülü və ya yastı sağrı
  • Böyük və ya sallanmış sağrı
  • Arıq bud və baldırlar
  • Ayaqların konturundakı əyrilik təəssüratı
  • Travma və ya əməliyyatdan sonra ombada çökəklik

Hansı üsullar var

  • Lipofillinqlə omba böyütmə: bel və qarından götürülən piy ombaya köçürülür, eyni zamanda bel incəlir
  • İmplantla omba böyütmə: köçürmək üçün kifayət qədər piyi olmayanlar üçün
  • Omba qaldırma və kiçiltmə: artıq dəri və piy götürülür
  • Baldır estetikası və bud böyütmə: implantla və ya piy köçürülməsi ilə

Təhlükəsizlik

Ombaya piy köçürülməsi düzgün aparılmadıqda riskli əməliyyatdır. Ona görə piyi yalnız dəri altına, əzələyə toxunmadan yeridirəm və bir seansda köçürülən həcmi məhdudlaşdırıram.

Sağalma dövrü

  • İlk iki-üç həftə birbaşa ombanın üstündə oturmaq və arxası üstə yatmaq məhdudlaşdırılır
  • Korset dörd-altı həftə geyinilir
  • Köçürülən piyin bir hissəsi ilk aylarda sorulur, qalanı daimi qalır

Sizə əlverişli əlaqə üsulunu seçin

Digər bölmələr

Haqqımda
Texnologiyalar
Elanlar