Bütün əməliyyatlar
Döş bərpası və asimmetriya
Mastektomiyadan sonra bərpa, asimmetriya, tubulyar döş və implant fəsadları.
Bu bölməyə döşün formasını bərpa edən və düzəldən əməliyyatlar daxildir: xərçəng əməliyyatından sonrakı bərpa, anadangəlmə forma fərqləri və əvvəlki implant əməliyyatının fəsadları.
Hansı hallarda aparılır
- Döş bərpası: mastektomiyadan (döşün götürülməsindən) sonra implantla və ya öz toxumanızla yeni döşün qurulması
- Süd vəzilərinin asimmetriyası: ölçü və forma fərqinin uyğunlaşdırılması
- Tubulyar süd vəzisi: döşün əsasının dar, formasının boruvari olması
- Kapsulyar kontraktura: implant ətrafındakı çapıq toxumasının bərkiyib döşü sıxması
- İçəri batmış döş gilələri
- İmplantın dəyişdirilməsi və ya çıxarılması
Müalicə necə planlaşdırılır
Xərçəngdən sonrakı bərpa onkoloqla birlikdə planlaşdırılır: bəzən mastektomiya ilə eyni vaxtda, bəzən müalicə bitəndən sonra aparılır. Asimmetriya və tubulyar döşdə bir tərəf böyüdülür, digər tərəf kiçildilir və ya qaldırılır. Kapsulyar kontrakturada bərkimiş kapsul götürülür və implant yenisi ilə əvəz olunur.
Sığorta
Mastektomiyadan sonrakı bərpa kimi zəruri rekonstruktiv əməliyyatlar əsasən icbari tibbi sığorta ilə əhatə olunur. Sizin halınızı müraciət edəndə dəqiqləşdirirəm.