Əsas məzmuna keç
Dr. Bəxtiyar Qasımov
Bütün əməliyyatlar

Anadangəlmə qüsurlar

Dovşandodaqlıq, qurdağızlıq, bitişik və artıq barmaqların cərrahi müalicəsi.

Anadangəlmə qüsurların cərrahi müalicəsi uşağın yeməsi, danışması, əlindən istifadəsi və özünəinamı üçün vacibdir. Müalicə çox vaxt mərhələlidir və bir neçə mütəxəssisin birgə işini tələb edir.

Hansı hallarda müraciət olunur

  • Dovşandodaqlıq: üst dodağın yarıq doğulması
  • Qurdağızlıq: damağın yarıq olması, uşaq əmə bilmir və nitqi pozulur
  • Sindaktiliya: əl və ya ayaq barmaqlarının bitişik olması
  • Polidaktiliya: artıq barmaq
  • Qulaq seyvanının anadangəlmə deformasiyası və ya olmaması

Əməliyyat nə vaxt aparılır

Vaxt uşağın yaşına, çəkisinə və ümumi sağlamlığına görə fərdi seçilir. Dodaq yarığı adətən həyatın ilk aylarında, damaq yarığı nitq formalaşmamışdan əvvəl, bitişik və artıq barmaqlar isə erkən uşaqlıq dövründə əməliyyat olunur. Plan pediatr, anestezioloq, lazım olduqda ortodont və loqopedlə birlikdə qurulur.

Valideynlər üçün

  • Hər mərhələni sizə əvvəlcədən izah edirəm
  • Qidalanma və yaraya qulluq qaydalarını ətraflı öyrədirəm
  • Uşaq böyüdükcə planlı nəzarət görüşləri keçiririk
  • Bu əməliyyatlar əsasən icbari tibbi sığorta ilə əhatə olunur

Sizə əlverişli əlaqə üsulunu seçin

Digər bölmələr

Haqqımda
Texnologiyalar
Elanlar