Əsas məzmuna keç
Dr. Bəxtiyar Qasımov
Bütün əməliyyatlar

Üz konturu və dodaq estetikası

Üz lipofillinqi, yanaq və çənə plastikası, dodaq qaldırma və buxağın yığılması.

Bəzən üzü cavanlaşdırmaq üçün gərmək yox, itirilmiş həcmi qaytarmaq və ya nisbətləri düzəltmək lazımdır. Üz konturu əməliyyatları yanaq, çənə, dodaq və boyun xəttini tarazlayır.

Hansı problemləri həll edir

  • İçəri batmış yanaqlar və üzdə həcm itkisi
  • Kiçik çənə və zəif çənə xətti
  • Nazik və ya yaşla uzanmış üst dodaq
  • Buxaq: çənəaltı piy toplantısı
  • Travma və ya anadangəlmə səbəbdən dodaq deformasiyası

Hansı üsullar var

  • Üz lipofillinqi: öz piy toxumanız qarın və ya buddan götürülüb yanaq, gicgah və gözaltına köçürülür
  • Yanaq böyütmə: piy köçürülməsi və ya implantla
  • Çənə plastikası: implantla və ya piylə çənənin önə çıxarılması
  • Bullhorn (dodaq qaldırma): burun altından nazik dəri zolağı götürülür, üst dodaq qısalır və dolğun görünür
  • Dodaq plastikası və rekonstruksiyası: forma və simmetriyanın bərpası
  • Buxaq liposaksiyası: çənəaltı piyin kiçik kəsikdən çıxarılması
  • FaceTite və AccuTite: nazik ucluqla dəri altına radiotezlikli enerji verilir, piy azalır və dəri yığılır

Əməliyyat və sağalma

Bu müdaxilələrin çoxu yerli anesteziya və sakitləşdirici ilə bir saat ərzində aparılır. Şişkinlik bir-iki həftəyə çəkilir. Köçürülən piyin bir hissəsi ilk aylarda sorulur, qalan hissə isə daimi qalır.

Sizə əlverişli əlaqə üsulunu seçin

Digər bölmələr

Haqqımda
Texnologiyalar
Elanlar